“Liverpul”un 131 illik tarixində ilk

Xəbərlər
15 Mart 2024 10:01
194
“Liverpul”un 131 illik tarixində ilk

Məhəmməd Salah “Liverpul”da yeni rekord müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, misirli hücumçu komandanın 131 illik tarixində ardıcıl 7 mövsümdə 20 qol vuran ilk futbolçu olub.

O, Avropa Liqasının 1/8 final mərhələsində “Sparta Praqa”ya qarşı matçda buna nail olub. Salah "Enfild"də keçirilən oyunun 10-cu dəqiqəsində fərqlənib.

Qeyd edək ki, “Liverpul” rəqibini 6:1, ümumi hesabda isə 11:2 hesabı ilə məğlub edərək mərhələ adlayıb.

İdman.biz