Münhendə darmadağın, PSJ səfərdə də qalib gəlib - VİDEO

Xəbərlər
6 Mart 2024 01:54
365
Münhendə darmadağın, PSJ səfərdə də qalib gəlib - VİDEO

Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, bu gün turnirin ilk 1/4 finalçıları müəyyənləşib.

“Böyük beşlik” təmsilçilərinin üz-üzə gəldiyi duellərdə “Bavariya” və PSJ növbəti mərhələyə yüksəlib. Münhen klubu evdə “Latsio”ya 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb - 3:0

İspaniyada “Real Sosyedad” PSJ ilə görüşüb. Fransa klubu səfərdə 2:1 hesabı ilə qələbə qazanıb. Mbappe dubl edərək, uğurda böyük pay sahibi olub.

Qeyd edək ki, 1/8 finalın iki görüşü bu gün , digər qarşılaşmaları 12-13-də baş tutacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
5 mart
00:00. “Bavariya” – “Latsio” - 3:0

Qollar: Keyn, 39; 66. Müller, 45+2
İlk oyun – 0:1

00:00. “Real Sosyedad” – PSJ - 1:2

Qollar: Merino, 89 - Mbappe, 15; 56
İlk oyun – 0:2

İdman.biz

Məqalədə: