Xabi Alonso Bakıda mətbuat konfransı keçirməyəcək

Xəbərlər
5 Mart 2024 12:38
Xabi Alonso Bakıda mətbuat konfransı keçirməyəcək

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) matçından öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

İdman.biz xəbər verir ki, martın 7-də baş tutacaq qarşılaşmadan öncə yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və futbolçulardan biri jurnalistlərin suallarını cavablandıracaq.

Qonaq komandanın Bakıda açıq məşqi və baş məşqçi Xabi Alonsonun mətbuat konfransı keçirilməyəcək. Almaniya klubu “Qarabağ”a qarşı qrup mərhələsinin IV turunda da eyni addımı atmışdı.

Qurbanovun mətbuat konfransı isə martın 6-da saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qeyd edək ki, martın 7-də keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq

İdman.biz