“Araz-Naxçıvan” futbol komandası milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilə zamanı iki yoxlama oyunu keçirəcək.
İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi ilk sınaq matçında sentyabrın 27-də “İmişli” ilə qarşılaşacaq.
Görüş saat 16:00-da Bakı Oolimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək.
“Araz-Naxçıvan”ın növbəti yoxlama oyunu isə oktyabrın 2-nə nəzərdə tutulub. Komandanın rəqibi “Neftçi” olacaq.
Qarşılaşmanın keçiriləcəyi məkan və başlama vaxtı barədə əlavə məlumat veriləcək.
