“Qəbələ” səfərindən inamlı və parlaq qələbə ilə dönməyi bacardıq. Bu amil “Sabah”la qarşılaşmada bizə yardımçı ola biləcəyini düşünürəm. Bizi qarşıda “Sabah”la çətin və maraqlı oyun gözləyir”.
Bu sözləri “Netçi”nin futbolçusu Murad Xaçayev deyib.
“Sabah”la oyunda qələbə şanslarını dəyərləndirən futbolçu əlavə edib.
“Rəqib “Sabah” klubu son çempion və çox güclü komandadır. Hər turda böyük hesabla qalib gəlirlər. Güclü olmasaydılar, Çempionlar Liqasının əsas mərhələsində olmazdılar. Lakin bizim də, qarşımızda çempion olmaq məqsədi var. Buna görə, meydana qalib gəlmək üçün çıxacağıq”, - deyə o futbolmedia.az-a açıqlamasında söyləyib.
