Ramin Musayev: “Qurban Qurbanovun AFFA prezidenti olması tezdir” - VİDEO

Xəbərlər
2 Mart 2024 11:26
653
Ramin Musayev: “Qurban Qurbanovun AFFA prezidenti olması tezdir” - VİDEO

"Qurban Qurbanovun işi də, vəzifəsi də ağırdır".

Bunu "İdman Bizdə" verlişinin qonağı olan PFL-in sabiq prezidenti Ramin Musayev deyib.

O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun AFFA-da müəyyən bir vəzifədə yer almaq ehtimalına münasibət bildirib: "Onun AFFA prezidenti olması tezdir. Qurbanın yerində olsam, milliyə də qayıtmaram. Çünki ona qarşı hörmətsizlik olub. AFFA-da işləsə, klubdakı işlərini çatdıra bilməz. Əksinə, Qurban Qurbanova nəzarəti üzərində olacağı daha bir klub verilməlidir. Nəzarəti o klubda olsun, daha bir məşqçi yetişdirsin. Bununla Azərbaycan futboluna daha böyük xeyir verə bilər. Qurbanı "Qarabağ"dan ayırmaq klubu yıxmaq deməkdir. Onun xaricə getməsi özü üçün əladır, amma biz itirəcəyik".

Qeyd edək ki, AFFA-ya yeni prezident seçkisi aprelin 2-də keçiriləcək.

Emin Ağa
İdman.biz