İntizam hesabatı: Azərbaycan Premyer Liqası neçəncidir?

Xəbərlər
28 Fevral 2024 13:32
284
İntizam hesabatı: Azərbaycan Premyer Liqası neçəncidir?

CİES vərəqələr, qayda pozuntuları və uzatma dəqiqələri ilə bağlı son bir ilin hesabatını açıqlayıb.

İdman.biz xəbər verir ki, cədvəldə dünyanın 71 liqası ilə bağlı göstəricilər əksini tapıb.

Hesabat dövründə Azərbaycan Premyer Liqasında 179 oyun baş tutub. Hər matçda orta hesabla 4,47 sarı vərəqə göstərilib. Bu, dünyada ən çox xəbərdarlıq edilən 38-ci liqadır.

Çempionatımızdakı qırmızı vərəqələrin orta sayı 0,16-ya bərabərdir. Premyer Liqa ən intizamlı çempionatlardandır. Yalnız 12 liqada daha az qırmızı qeydə alınıb.

Premyer Liqanın hər görüşündə 27,56 qayda pozuntusu baş verib. Azərbaycan çempionatı ən çox qayda pozulan 10-cu liqadır.

Azərbaycan çempionatının qarşılaşmalarına orta hesabla 8 dəqiqə 11 saniyə artırılıb. Bu, ən az vaxt artırılan 22-ci liqadır.

İdman.biz