Azərbaycan İkinci Liqasında çıxış edən “Şirvan” futbol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, komanda Kamran Qürbətovu heyətinə qatıb. Futbolçu ilə bir illik müqavilə imzalanıb.
23 yaşlı yarımmüdafiəçi bundan əvvəl “Şahdağ Qusar”ın formasını geyinib.
Qeyd edək ki, “Şirvan” ötən mövsüm debüt etdiyi İkinci Liqanı dördüncü pillədə başa vurub. Daha sonra klub AFFA Region Liqasında iştirak edən “Şirvan” OİK-lə birləşərək vahid klub şəklində fəaliyyətini davam etdirmək qərarı verib.
Birləşmənin Şirvan şəhərində futbolun daha güclü təmsil olunmasına, mövcud potensialın bir mərkəzdə toplanmasına, infrastrukturun inkişafına və gənc futbolçuların yetişdirilməsinə xidmət etdiyi bildirilib.
