Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Rakuv” klubuna keçidi rəsmiləşib.
İdman.Biz bildirir ki, bu barədə Polşa klubu sosial şəbəkədə məlumat paylaşıb.
Klub hücumçunu 1 illik icarəyə götürüb.
“Rakuv” mövsümün sonunda azərbaycanlı oyunçunu almaq hüququna malikdir.
Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın “Kayzerslautern” klubuna məxsusdur.
