“Şahdağ Qusar” heyətinə iki yeni futbolçu qatıb

19 İyul 2026 10:51
346
“Şahdağ Qusar” heyətinə iki yeni futbolçu qatıb

Azərbaycan Birinci Liqasının təmsilçisi “Şahdağ Qusar” futbol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, komanda yarımmüdafiəçi Xəyal Tomarov və qapıçı Emil Həbibovu heyətinə qatıb.

27 yaşlı Tomarovla 1+1 illik, 21 yaşlı Həbibovla isə birillik müqavilə imzalanıb.

Tomarovun son klubu “Şəfa”, Həbibovun son komandası isə “Cəbrayıl” olub.

Qeyd edək ki, “Şahdağ Qusar” 2025/2026 mövsümündə Azərbaycan Birinci Liqasını 43 xalla beşinci pillədə başa vurub.

İdman.Biz