“Səbail” PFK Sənan Ağalarovu heyətinə qatıb

19 İyul 2026 00:06
271
“Səbail” PFK Sənan Ağalarovu heyətinə qatıb

“Səbail” PFK 2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirir.

İdman.Biz kluba istinadən bildirir ki, “Səbail” son olaraq “Şahdağ Qusar”da çıxış etmiş Sənan Ağalarovla müqavilə imzalayıb.

21 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

İdman.Biz