“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.Biz kluba istinadən bildirir ki, “Şamaxı” yarımmüdafiəçi Filipe Markesi heyətinə qatıb.
28 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.
Futbolçunun son komandası Portuqaliyanın “Amora” klubu olub.
Monakoda anadan olan Markes Portuqaliya vətəndaşıdır və bu ölkənin U17 komandasında çıxış edib.
