“Qəbələ” Mateus Belemlə anlaşa bilmədi

18 İyul 2026 17:43
102
“Qəbələ” Mateus Belemlə anlaşa bilmədi

Braziliyalı futbolçu Mateus Belemin “Qəbələ”yə transferi baş tutmayıb.

İdman.biz sport24.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi artıq ölkəsinə qayıdıb.

“Qırmızı-qaralar”ın heyətində “Kəpəz”lə keçirilən yoxlama görüşündə (2:1) forma geyinən futbolçu ilə müqavilə imzalanması gözlənsə də, tərəflər yekun razılığa gələ bilməyiblər.

Mənbənin bildirdiyinə görə, hətta ilkin mərhələdə aylıq 8 min manat maaş məsələsində anlaşma əldə olunsa da, sonradan razılıq pozulub. Nəticədə Mateus Belem Azərbaycandan ayrılaraq Braziliyaya qayıdıb.

Qeyd edək ki, müqavilə ilə “San Paulu”ya məxsus olan Mateus Belem son olaraq icarə əsasında “Camboriu”nun formasını geyinib.

İdman.Biz