“Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Bolqarıstan təmsilçisi “CSKA Sofia” ilə hər iki oyunun hakim təyinatları məlum olub.
İdman.Biz xəbər verir ki, Bakıda keçiriləcək ilk qarşılaşma italiyalı Daniele Çiffiyə həvalə olunub.
Ona həmyerliləri Ciovanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-da Valerio Marini, AVAR-da Federiko La Penna olacaq.
Səfərdəki qarşılaşmada belçikalı FIFA referisi Bram Van Drişşe fit çalıacaq. Laysmanlar Mişel Seldreyers və İv De Neve ona kömək edəcək. Kevin Van Damme dördüncü hakim fuknsiyasını yerinə yetirəcək. VAR-da Bert Put, AVAR-da Vesli De Kremer oturacaq.
Qeyd edək ki, “Qarabağ” - “CSKA Sofia” arasında ilk görüş iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:00-da başlayacaq. Cavab qarşılaşması isə iyulun 30-na təsadüf edəcək.
