Tramp Tuxeli sərt tənqid etdi: “Keyni müdafiəçiyə çevirdi” - VİDEO

18 İyul 2026 14:02
113
Tramp Tuxeli sərt tənqid etdi: “Keyni müdafiəçiyə çevirdi” - VİDEO

ABŞ prezidenti Donald Tramp DÇ-2026-nın yarımfinalında İngiltərənin Argentinaya 1:2 hesabı ilə uduzduğu oyundan sonra yığmanın baş məşqçisi Tomas Tuxeli tənqid edib.

İdman.Biz xəbər verir ki, Tramp ingilislərin hesabda önə keçdikdən sonra həddindən artıq müdafiəyə çəkilməsini yanlış qərar adlandırıb.

“İngiltərənin möhtəşəm futbolçusu var – onunla qolf da oynamışam, bilirsiniz? Harri Keyn fantastik oyunçudur! Məncə, məşqçi onu müdafiədə oynatmaqla səhv etdi. Hesabı açdılar və ən yaxşı hücumçularını müdafiəçiyə çevirdilər. Bu, qəribə idi. Daha çox hücum etməli idilər. Amma futboldan və məşqçilikdən mən nə başa düşürəm ki?” – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin Lionel Messinin qələbə qoluna verdiyi məhsuldar ötürməni də şərh edib. O, argentinalının oyunu mükəmməl oxuduğunu vurğulayıb.

“Messinin matçın sonunda etdiyi ötürməni gördüm. İdmandan başım çıxır, futboldan da müəyyən qədər anlayışım var. Baxıram ki, Messini çox yaxşı qoruyurlar. Birdən sağ cinahda peyda olur. Nə demək istədiyimi başa düşürsünüz? Mən bunu dərhal gördüm. Heç kim bundan danışmırdı. Sonra cərimə meydançasına ideal ötürmə verdi. Böyük futbolçular bunu təkrar-təkrar bacarırlar. Ronaldu da belə böyük oyunçulardan biridir. Möhtəşəm oğlandır”, – deyə Tramp əlavə edib.

İdman.Biz