Argentina millisinin müdafiəçisi Valentin Barkonun sevgilisi dünya çempionatının yarımfinal oyunundan sonra İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem barədə sərt fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin məlumatına görə, onun paylaşımı Bellinqemin Barconun başına zərbə endirdiyi epizoda reaksiya olub. Argentinanın 2:1 hesablı qələbəsindən sonra Barkonun sevgilisi sosial şəbəkədə “Qoy meydanda oyunun danışsın” sözlərini yazıb. Paylaşımın sonunda isə Muerto ifadəsini işlədib. Bu söz hərfi mənada “ölü” kimi tərcümə olunsa da, həmin kontekstdə “heç nəyə yaramayan”, “yararsız” və ya “heç kim” mənasında işlədilib.
İstifadəçilərin tənqidi ilə üzləşdikdən sonra o, ilk paylaşımını silib. Lakin daha sonra yenidən sevgilisini müdafiə edib:
“Deməli, artıq qolları qeyd etmək olmaz, amma aqressiv davranan birini müdafiə etmək olar. Bu qədər ağlayacaqsınızsa, başqa idman növünə baxın. Gününüz xoş keçsin”.
Daha sonra sosial şəbəkələrdə yayılan videoda Barkonun Enso Fernandesin qolundan sonra komanda yoldaşları ilə deyil, İngiltərə millisinin futbolçularının qarşısında sevinci qeyd etdiyi görünür. Mənbənin iddiasına görə, Bellinqemlə yaşanan gərginliyin səbəbi də məhz bu epizod olub.
