Azərbaycanın “Neftçi” futbol klubu Belarusun “Dinamo” (Minsk) komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini təqdim edib.
İdman.Biz xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Qapıçılar: 1.Emin Balayev, 13.Kenan Piriç, 93.Rza Cəfərov.
Müdafiəçilər: 3.Rüfət Abbasov, 5.İqor Ribeyro, 14.Elvin Bədəlov, 17.Murad Xaçayev, 24.Mustafa Sek, 55.Endryu Qraviyon, 77.Falaye Sako.
Yarımmüdafiəçilər: 4.Elvin Camalov, 6.Sessi D Almeyda, 7.Emil Səfərov, 8.Emin Mahmudov, 18.İfeanyi Metyu, 20.Qustavo Klisman, 70.Andrey Ştoqrin.
Hücumçular: 11.İmad Faraj, 19.Ağadadaş Salyanski, 29.Lyubomir Tupta, 33.Breno Almeyda, 97.Bassala Sambu.
Qeyd edək ki, “Neftçi” - “Dinamo” (Minsk) arasında ilk görüş iyulun 22-də “Palms Sports Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə iyulun 30-na təsadüf edəcək.
