Vozinya: “Milyonlarla izləyicim olsa da, dəyişməyəcəyəm”

18 İyul 2026 15:40
81
Vozinya: “Milyonlarla izləyicim olsa da, dəyişməyəcəyəm”

Kabo-Verde millisinin qapıçısı Vozinya DÇ-2026-dan sonra həyatının ciddi şəkildə dəyişdiyini, lakin özü olaraq qalmaq niyyətində olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, təcrübəli qolkiper qazandığı populyarlığın onu dəyişməyəcəyini deyib.

“Həyatım dəyişdi, amma həmişə olduğum insan olaraq qalmalıyam. Sosial şəbəkələrdə milyonlarla izləyicim var deyə dəyişməyəcəyəm. Ölkəmə və şəxsən mənə göstərdikləri sevgiyə görə bütün azarkeşlərə minnətdaram. Hamımız əldə etdiklərimizdən xoşbəxtik. Ümid edirəm ki, baş verənlər ölkəmə fayda verəcək”, – deyə Vozinya açıqlamasında bildirib.

İspaniya ilə qrup mərhələsinin oyunundan (0:0) sonra Vozinyanın sosial şəbəkələrdə izləyicilərinin sayı 18,8 milyona çatıb. DÇ-nin final mərhələsində tarixində ilk dəfə iştirak edən Kabo-Verde millisi 1/16 finalda Argentinaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Hazırda Vozinya dünyanın ən populyar qapıçısı hesab olunur və sosial şəbəkələrdə 29,3 milyon izləyicisi var.

İdman.Biz
Məqalədə: