“Karvan-Yevlax” klubu “Səbail”dən ayrılan futbolçu Ruslan Voronsovu heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisi məlumat yayıb.
30 yaşlı hücumçu ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Ruslan Voronsov 2023-cü ildə də Yevlax klubunun formasını geyinib.
