“Qəbələ”də itki

Xəbərlər
22 Fevral 2024 18:08
94
“Qəbələ”də itki

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXIV turuna itki ilə çıxacaq.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisi Klesio Baukun xidmətindən yararlana bilməyəcək. Zədədən sonra bərpa prosesi keçən futbolçu fərdi məşq edib.

Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Kəpəz” - “Qəbələ” görüşü saat 17:00-da başlayacaq.

İdman.biz