UEFA “Fənərbağça”nın yarımmüdafiəçisi Matteo Qenduzinin “Lion”la matçda yaşanan insidentlərə görə aldığı cəzanı üç oyuna qədər azaldıb.
İdman.Biz xəbər verir ki, UEFA diskvalifikasiya müddətini üç oyuna endirib və cəzanın iki oyunu hələ də şərti olaraq qalır.
27 yaşlı futbolçu sentyabrın 10-da “Roma”ya qarşı matçı buraxaraq cəzasının ilk oyununu artıq çəkib. Nəticədə, Qenduzi oktyabrın 14-də “Aston Villa”ya qarşı keçiriləcək görüşdə meydana çıxa biləcək.
Fransa millisinin üzvü ilk olaraq dörd oyunluq diskvalifikasiya ilə cəzalandırılmışdı. Bu cəzanın iki oyunu şərti olmaqla yanaşı, futbolçu 50 min avro məbləğində cərimə də olunmuşdu.
Qeyd edək ki, Qenduzi bu mövsüm “Fənərbağça”nın heyətində 12 oyuna çıxıb və 1 qol vurub.
