Rocers Raysla mübahisəsindən danışdı: “Oyundan sonra bu barədə danışdıq”

25 Sentyabr 2026 23:43
89
Rocers Raysla mübahisəsindən danışdı: “Oyundan sonra bu barədə danışdıq”

“Çelsi”nin futbolçusu Morqan Rocers London derbisi zamanı Deklan Raysla yaşanan gərgin mübahisəyə əhəmiyyət vermədiyini deyib.

İdman.Biz xəbər verir ki, Rocers matçın gərginliyinin və ev sahibi azarkeşlərin təzyiqinin qarşıdurmaya təsir etdiyini, lakin İngiltərə millisindəki komanda yoldaşı ilə aralarında heç bir incikliyin olmadığını bildirib.

“Bu, sadəcə olaraq rəqabət aparan və qalib gəlmək istəyən idmançıların mübarizəsidir. London derbisi idi və azarkeşlərin məni kəskin şəkildə təhqir etməsi də vəziyyətə təsir göstərdi. Həmin an bütün emosiyalar bir-birinə qarışdı, lakin Deklanla aramızda hər şey qaydasındadır.

Oyundan sonra bu barədə danışdıq. Tamamilə normalıq. Bu, futbolda baş verən adi hallardan biridir – biz sadəcə qalib gəlmək istəyirik. Hətta dostluğu və hər şeyi bir kənara qoyub klublarımız üçün qələbə qazanmaq yolunda əlimizdən gələni etdiyimizi göstərmək yaxşı haldır. Hərdən hisslər alovlanır, lakin hər şey qaydasındadır”, – deyə Rocers bildirib.

İdman.Biz