“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Holand UEFA Millətlər Liqasının Portuqaliya ilə matçından əvvəl keçiriləcək mətbuat konfransında çıxış etməyəcək.
İdman.Biz "The Touchline"yə istinadən xəbər verir ki, Norveç Futbol Assosiasiyası ilkin planlarını dəyişib və ulduz hücumçunu jurnalistlərlə görüşə göndərməmək qərarına gəlib.
Bildirilir ki, bu yolla Holandı “Mançester Siti”yə qarşı qaldırılan maliyyə işi ilə bağlı suallardan qorumaq istəyirlər.
Mediada İngiltərə klubunun maliyyə qaydalarını pozmaqda ittiham olunduğu 115 bənddən 114-ü üzrə guya təqsirli bilindiyi barədə məlumatlar yayılıb.
