DÇ-2026 biletlərini satan azarkeşlər pullarını hələ də gözləyirlər

26 Sentyabr 2026 00:19
77
DÇ-2026 biletlərini satan azarkeşlər pullarını hələ də gözləyirlər

Bəzi azarkeşlər FIFA-nın rəsmi marketpleysi vasitəsilə satdıqları 2026-cı il dünya çempionatının biletlərinə görə pullarını hələ də ala bilməyiblər.

İdman.Biz “Brobible” nəşrinə istinadən xəbər verir ki, ödənişlərini gözləməyə davam edən bir sıra azarkeşlər mediaya üz tutub.

Müəyyən edilmiş qaydalara əsasən, bütün zəruri ödəniş məlumatları təqdim edildiyi halda, satıcı bileti uğurla təkrar satdıqdan sonra 60 təqvim günü ərzində pulunu almalıdır. Bununla belə, FIFA satıcıdan 15 faiz, alıcıdan isə daha 15 faiz komissiya tutur.

Dünya çempionatının başa çatmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, azarkeşlərin bir hissəsi ödənişlərin hələ də hesablarına köçürülmədiyini bildirir.

FIFA sorğuya cavab olaraq ödəniş prosesinin davam etdiyini açıqlayıb. Təşkilatın məlumatına görə, “məhdud sayda” əməliyyat ilkin üsulla vəsaitin köçürülməsi mümkün olmadıqda əl ilə yoxlama, əlavə doğrulama və ya alternativ bank üsulundan istifadə tələb edir.

İdman.Biz