Azərbaycan klubu Avropada qələbə qazanmayan 16 komandanın siyahısına düşüb

10 Noyabr 2026 17:44
43
Azərbaycan klubu Avropada qələbə qazanmayan 16 komandanın siyahısına düşüb

Azərbaycanın “Araz-Naxçıvan” futbol klubu 2026/27 mövsümündə hələ qələbə qazanmayan Avropa çempionatlarının 16 komandası siyahısına daxil olub.

İdman.Biz xəbər verir ki, müvafiq siyahını “X” sosial şəbəkəsində “Football Rankings” analitik resursu dərc edib.

Azərbaycan klubundan başqa, siyahıda “Holiuell Taun” (Uels), “Zlin” (Çexiya), “Skopye” (Şimali Makedoniya), “Svift Esperanj” (Lüksemburq), “Villem II” (Niderland), “Malaqa” (İspaniya), “Qzira Yunayted” (Malta), “Havr” (Fransa), “Eştoril” (Portuqaliya), “Volos” (Yunanıstan), “Linksl” (Cəbəllüttariq), “Haund Doqs” (Cəbəllüttariq), “Karroi” (Andorra), “Faetano” (San-Marino) və “San-Marino Akademiyası” (San-Marino) yer alıb.

Azərbaycan çempionatının 11 turundan sonra “Araz-Naxçıvan” Premyer Liqada qələbəsi olmayan yeganə iştirakçıdır. Komandanın aktivində dörd heç-heçə və yeddi məğlubiyyət var, top fərqi isə 11:23-dür.

Topladığı dörd xalla Naxçıvan təmsilçisi 12-ci pillədə qərarlaşaraq turnir cədvəlinin sonuncusudur. Son iki turda “Araz-Naxçıvan” “Zirə” (2:2) və “Şəfa” (2:2) ilə bərabərə qalıb. Komanda növbəti oyununu noyabrın 22-də “Neftçi”yə qarşı keçirəcək.

İdman.Biz
Məqalədə: