Lorenzo Mezzotero: “Əsas milli komandada oynamaq üçün Azərbaycana gəlmişəm”

26 Sentyabr 2026 00:02
79
Lorenzo Mezzotero: “Əsas milli komandada oynamaq üçün Azərbaycana gəlmişəm”

Azərbaycanın gənclər millisinin futbolçusu Lorenzo Mezzotero AVRO-2027-nin seçmə mərhələsində Çexiya ilə 1:1 hesablı heç-heçədən sonra təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, Mezzotero qarşılaşmadan sonra Azərbaycan komandasının daha çoxuna layiq olduğunu bildirib.

“Düşünürəm ki, komanda olaraq möhtəşəm oyun keçirdik. Çox kompakt oynadıq və zənnimcə, heç-heçədən daha çoxuna layiq idik. Razıyıq və irəli getməyə davam edəcəyik”, – deyə Mezzotero bildirib.

Futbolçu Azərbaycanın gənclər millisində uyğunlaşma prosesindən də danışıb:

“Əlbəttə, uyğunlaşa bildim. Komanda yoldaşlarım əla oyun nümayiş etdirdilər. Onlar yüksək səviyyəyə malikdirlər, təcrübəli və yaxşı futbolçulardan ibarət komandadır. Bütöv bir komanda kimi hərəkət edirik və ən vacibi də budur”, – deyə o qeyd edib.

Mezzotero Azərbaycanın əsas milli komandasında çıxış etməyi qarşısına məqsəd qoyduğunu da təsdiqləyib:

“Bəli, əlbəttə. Mən bura məhz bunun üçün gəlmişəm. Azərbaycanın milli komandasında oynamaq istəyirəm. Burada xoşbəxtəm və ən vacibi budur”, – deyə futbolçu vurğulayıb.

İdman.Biz