Futbol üzrə Asiya kubokunun finalçıları bəlli olub.
İdman.biz xəbər verir ki, həlledici oyunda Qətər və İordaniya yığmaları qarşılaşacaqlar.
Təşkilatçı ölkə Qətər yarımfinalda İran komandasına qalib gəlib. Məhsuldar keçən matçda qapılara 5 qol vurulub. Hesabı İran futbolçuları açsalar da, meydan sahibləri sonradan 3 dəfə fərqləniblər.
Yarımfinalın digər cütündə İordaniya millisi Cənubi Koreyanı məğlub edərək, tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb.
Qeyd edək ki, final qarşılaşması fevralın 10-da baş tutacaq.
İdman.biz
