Neymar matçdan sonra “Santos”un bazasını icazəsiz tərk edib

27 İyul 2026 20:26
90
Neymar matçdan sonra “Santos”un bazasını icazəsiz tərk edib

“Santos”un hücumçusu Neymar “Şapekoense” ilə 2:2 hesablı heç-heçədən sonra klubun məşq bazasını icazəsiz tərk edib.

İdman.Biz “Globo”ya istinadən xəbər verir ki, hücumçu məşqə qatılmayaraq bazadan oradan ayrılıb.

Neymar “Santos”un məşq mərkəzinə gəlib, lakin şəkil çəkdirib qəhvə içdikdən sonra oradan ayrılıb. Hücumçu məşqçilər heyətinin planına daxil olmayan start heyətinin bərpa məşqində iştirak etməyib.

Daha əvvəl 34 yaşlı hücumçunun “Şapekoense” ilə matçda komanda yoldaşları ilə mübahisə etdiyi bildirilirdi. Neymar daha sonra komanda yoldaşları ilə hər hansı bir münaqişəni təkzib edib.

İdman.Biz