U-19 futbol millimizin Sloveniya toplanışı baş tutmayacaq

17 Sentyabr 2026 16:37
97
U-19 futbol millimizin Sloveniya toplanışı baş tutmayacaq

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası sentyabrın sonunda təlim-məşq toplanışı məqsədi ilə bir araya gələcək.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, əvvəlcə Qəbələdə hazırlıq keçəcəyi dəqiqləşən U-19-un ölkə xaricinə yollanması planlaşdırılsa da, yığma Sloveniyaya getməyəcək.

Belə ki, Elgiz Kərəmlinin baş məşqçisi olduğu kollektivin üzvlərinə viza almaq mümkün olmadığı üçün hazırlığın Sloveniya hissəsi təxirə salınıb.

Qeyd edək ki, “Şəfa”nı ötən mövsüm Premyer Liqaya çıxaran Elgiz Kərəmli U-19-a ötən ay baş məşqçi təyin olunub. O, bu postda Elxan Abdullayevi əvəzləyib.

İdman.Biz