“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandasının braziliyalı futbolçusu Vinisius Juniorun son oyunlardakı çıxışına münasibət bildirib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçunun əvvəlki səviyyəsinə qayıtması üçün çalışacağını, lakin heyətlə bağlı qərarlarda komandanın maraqlarını əsas götürəcəyini vurğulayıb.
“Mənim üçün komanda hər şeydən üstündür. Heç vaxt hansısa futbolçunun xeyrinə komandanın maraqlarına zərər vermərəm. Vinisius Çempionlar Liqasının son iki oyununda iştirak edib. Amma hər şey əvvəlki qaydasına düşəndə və o, yenidən sərəncamımızda olanda vəziyyətə uyğun qərar verəcəyəm. Məşqçi kimi yalnız növbəti oyunu deyil, qarşıdakı görüşlərin hamısını düşünməliyəm”.
Mourinyo Vinisiusun AEK-ə qarşı keçirdiyi matça da toxunaraq futbolçunun potensialına inandığını deyib:
“AEK-lə oyun Vinisius üçün lazım olan qarşılaşma idi. Məşqçi futbolçularının maksimum səviyyəyə çatması üçün əlindən gələni etməlidir. Bunun üçün həm komanda, həm də fərdi səviyyədə müxtəlif strategiyaları sınamaq lazımdır. Zəif futbolçu həmişə zəif qalacaq, güclü futbolçunun isə pis günləri olur”.
Portuqaliyalı mütəxəssis braziliyalının Afinadakı çıxışını da dəyərləndirib:
“Vinisius zəif futbolçu olsaydı, onun Afinada yaxşı oynadığını belə deyə bilərdik. O, səylə çalışmağa davam edəcək. Amma start heyətini müəyyənləşdirərkən komandanın maraqları həmişə fərdi maraqlardan üstün olacaq”.
