UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin püşkü nəticəsində Azərbaycan klublarının mümkün rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparan “Sabah” ikinci təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubunu keçəcəyi təqdirdə, üçüncü mərhələdə Danimarkanın “Orxus” və Polşanın “Lex” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasında isə “Qarabağ” Bolqarıstanın ÇSKA klubunu mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə Moldova təmsilçisi “Şerif” və İsrailin “Makkabi” (Tel-Əviv) komandaları arasındakı cütün qalibi ilə üz-üzə gələcək.
“Sabah” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “KuPS”a məğlub olacağı halda, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) - “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə qarşılaşacaq.
“Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsində ÇSKA-ya uduzarsa, Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) və Yunanıstanın PAOK klubları arasındakı cütün məğlubu ilə görüşəcək.
Konfrans Liqasında “Neftçi” Belarusun “Dinamo” (Minsk) klubunu keçəcəyi təqdirdə, üçüncü təsnifat mərhələsində Serbiyanın “Jelezniçar” və Portuqaliyanın “Braqa” komandaları arasındakı duelin qalibi ilə qarşılaşacaq.
“Zirə” isə Estoniyanın “Payde” klubunu keçəcəyi halda, üçüncü təsnifat mərhələsində Andorranın “Santa Koloma” və Avstriyanın “Rapid” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də keçiriləcək. Avropa Liqası və Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin matçları isə avqustun 6 və 13-də baş tutacaq.
16:23
“Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
İdman.Biz xəbər verir ki, “ağ-qaralar” ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandasını məğlub etsə, “Jelezniçar” (Serbiya) - “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qarabağ” UEFA Avropa Liqasında Bolqarıstan təmsilçisi ÇSKA-ya uduzsa, bu turnirdə “Dinamo” (Kiyev, Ukrayna) - PAOK cütünün məğlubu ilə görüşəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.
15:27
“Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
İdman.Biz xəbər verir ki, “köhlən atlar” turnirin ikinci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, “Şerif” (Moldova) - “Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
“Sabah” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”a uduzsa, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) - “Universitatya Krayova” (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.
15:23
Futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
İdman.Biz xəbər verir ki, Azərbaycanı Avropanın ən nüfuzlu klub turnirində təmsil edən “Sabah”ın da potensial rəqibləri bəlli olub.
Bakı klubu ikinci təsnifat mərhələsində Finlandiyanın “KuPS” komandasını keçə bilsə, növbəti raundda “Orxus” (Danimarka) - “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. “Sabah” ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk görüşləri avqustun 4-5-də, cavab matçları isə 11-də təşkil olunacaq.
11:40
Bu gün Azərbaycan klublarının avrokubokların üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri məlum olacaq.
İdman.Biz xəbər verir ki, ilk olaraq UEFA Çempionlar Liqasında (ÇL) bu raundun püşkatma mərasimi keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. “Sabah” püşkdə səpələnməmişlər səbətində yer alacaq. “Bayquşlar” ikinci təsnifatda Finlandiyanın “KuPS” klubu ilə üz-üzə gələcək.
“Sabah”ın ÇL-in üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri:
“Larne” (Şimali İrlandiya) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Tun” (İsveçrə) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“İberiya” (Gürcüstan) - “Slovan” (Slovakiya) cütünün qalibi
“Orxus” (Danimarka) - “Lex” (Polşa) cütünün qalibi
“Eqnatiya” (Albaniya) - “Sele” (Sloveniya)
“Omoniya” (Kipr) - “Kayrat” (Qazaxıstan)
UEFA Avropa Liqasında çıxış edən “Qarabağ” üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Püşk Bakı vaxtı ilə saat 15:00-da atılacaq. Ağdam klubu ikinci təsnifatda Bolqarıstanın ÇSKA komandası ilə görüşəcək.
“Qarabağ”ın üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri:
“Şerif” (Moldova) - “Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi
“Şturm” (Avstriya) - “Harts” (Şotlandiya) cütünün məğlubu
“Fənərbağça” (Türkiyə) - “Qurnik” (Polşa) cütünün məğlubu
UEFA Konfrans Liqasında isə “Neftçi” və “Zirə” mümkün rəqiblərini tanıyacaqlar. Hər iki komanda səpələnməmişlər səbətində olacaq. “Ağ-qaralar” ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk), “qartallar” Estoniyanın “Payde” kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.
“Neftçi”nin üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri:
“Jelezniçar” (Serbiya) - “Braqa” (Portuqaliya) cütünün qalibi
“Pakş” (Macarıstan) - “Panatinaikos” (Yunanıstan) cütünün qalibi
“Luqano” (İsveçrə) - “Dukadjini” (Kosovo) cütünün qalibi
AEK (Larnaka, Kipr) - “Beytar” (İsrail) cütünün qalibi
“Zirə”nin potensial rəqibləri:
“Bravo” (Sloveniya) - “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi
“Santa Koloma” (Andorra) - “Rapid” (Avstriya) cütünün qalibi
“Rakuv” (Polşa) - “Valletta” (Malta) cütünün qalibi
“Riyeka” (Xorvatiya) - “Derri Siti” (İrlandiya) cütünün qalibi
“Polesye” (Ukrayna) - “Kopenhagen” (Danimarka) cütünün qalibi
Qeyd edək ki, UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqustda keçiriləcək. UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında matçlar 6 və 13 avqusta təsadüf edəcək.
