İspaniya millisi dünya çempionatında rekord müəyyənləşdirdi

20 İyul 2026 10:13
333
İspaniya millisi dünya çempionatında rekord müəyyənləşdirdi

İspaniya millisi DÇ-2026-nın finalında Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Bununla yanaşı, Luis de la Fuentenin komandası dünya çempionatları tarixində indiyədək heç kimin nail ola bilmədiyi tarixi rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, “Opta Sports” statistika portalının məlumatına görə, İspaniya millisi bu ilki dünya çempionatında keçirdiyi səkkiz oyunda cəmi bir qol buraxıb. Bu göstərici dünya çempionları arasında buraxılan qolların sayına görə mütləq rekord hesab olunur.

Buna qədər ən yaxşı nəticə 2010-cu ildə İspaniyaya, 1990-cı ildə İtaliyaya və 1998-ci ildə Fransaya məxsus idi. Həmin komandaların hər biri çempion olduqları mundiallarda iki qol buraxmışdı.

İdman.Biz
Məqalədə: