İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-da üçüncü yer uğrunda keçirilən oyundan sonra sosial şəbəkədə etdiyi paylaşımla gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, Fransa millisinin kapitanı ispaniyalı aktrisa Ester Ekspositonun milli komandanın formasında çəkilən şəklini şəxsi “Instagram” hesabında paylaşıb.
Futbolçu həmin paylaşımı cəmi bir dəqiqə sonra hesabından silib. Mbappe hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, İngiltərə DÇ-2026-da üçüncü yer uğrunda keçirilən qarşılaşmada Fransanı 6:4 hesabı ilə məğlub edib. Mbappe bu matçda iki qol vuraraq turnirdəki qollarının sayını 10-a çatdırıb və final oyunu ərəfəsində bombardirlər siyahısında liderliyə yüksəlib.
