Azərbaycan İkinci Liqasında çıxış edən “Şirvan” futbol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, Şirvan təmsilçisi ötən mövsümdən komandada çıxış edən Elgün Xəlilovla müqavilənin müddətini daha bir il uzadıb.
Qeyd edək ki, klub daha əvvəl Çingiz Məmmədov və İbrahim Aslanlı ilə də yeni müqavilə imzalayaraq futbolçuları heyətdə saxlayıb.
09:43
Azərbaycan İkinci Liqasında çıxış edən “Şirvan” futbol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, Şirvan təmsilçisi ötən mövsümdən komandada çıxış edən Çingiz Məmmədov və İbrahim Aslanlı ilə müqavilələrin müddətini daha bir il uzadıb.

Qeyd edək ki, “Şirvan” ötən mövsüm debüt etdiyi İkinci Liqanı dördüncü pillədə başa vurub. Daha sonra klub AFFA Region Liqasında iştirak edən “Şirvan” OİK-lə birləşərək vahid klub şəklində fəaliyyətini davam etdirmək qərarı verib.
Birləşmənin Şirvan şəhərində futbolun daha güclü təmsil olunmasına, mövcud potensialın bir mərkəzdə toplanmasına, infrastrukturun inkişafına və gənc futbolçuların yetişdirilməsinə xidmət etdiyi bildirilib.
