UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sabah” Finlandiyanın “KuPS” kollektivi ilə qarşılaşacaq.
İdman.Biz bildirir ki, “Sabah”la “KuPS” arasında ilk görüş iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da başlayacaq.
Cavab görüşü bir həftə sonra olacaq.
Bu gün paytaxt klubu "KuPS"la oyundan əvvəl son məşqinə çıxıb.
“Sabah” qalib gələrsə, üçüncü mərhələdə Danimarkanın “Orxus” və Polşanın “Lex” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
“Sabah” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “KuPS”a məğlub olacağı halda, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) - “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə qarşılaşacaq.
