“Kəpəz” futbol klubu Azərbaycanın köklü və sayılıb-seçilən klublarından biridir. Bu formanı geyinmək böyük məsuliyyət tələb edir”.
Bu sözləri “Kəpəz” futbol klubunun yeni transferi Vadim Abdullayev deyib.
Təcrübəli futbolçu yeni komandasına keçidindən danışıb.
“Yeni mövsümə hazırlığımız yaxşı keçir. Başqa təkliflərim də var idi, amma sonda Gəncə klubundan aldığım təklifi dəyərləndirdim. Növbəti mövsüm ev oyunlarımızı Gəncə şəhər stadionunda keçirməyimiz bizim üçün əlavə motivasiyadır. Gəncə azarkeşləri tələbkardır və futbolu yaxşı anlayırlar. Onların komandaya göstərdiyi böyük dəstək biz futbolçular üçün həm motivasiya, həm də məsuliyyətdir. Meydana çıxanda bu formanın haqqını vermək üçün əlimdən gələni edəcəm. Komandamız hələ tam formalaşmayıb. Düşünürəm ki, zaman keçdikcə hər şey qaydasına düşəcək. İndidən çempionatla bağlı proqnoz vermək düzgün olmaz. Əsas odur ki, komandada sağlam atmosfer var və hamımız yeni mövsümə uğurlu start vermək üçün çalışırıq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, yarımmüdafiəçinin son klubu “Karvan-Yevlax” olub.
