“İmişli” məşqçilər korpusunu yeni təyinatla gücləndirdi

20 İyul 2026 10:57
305
“İmişli” məşqçilər korpusunu yeni təyinatla gücləndirdi

“İmişli” futbol klubu məşqçilər korpusunu yeni mütəxəssislə gücləndirib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, yaxın vaxtlarda komandanın baş məşqçisi təyin olunan Fərid Namazovun köməkçilər korpusuna Ervins Perkons da qoşulub.

36 yaşlı latviyalı mütəxəssislə bir illik müqavilə imzalanıb. O, komandada fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Ervins Perkons son olaraq Latviyanın “Super Nova” klubunda çalışıb.

İdman.Biz