Laporta: “Xulian Alvares üçün çox yaxşı təklif vermişik”

19 İyul 2026 14:37
331
Laporta: “Xulian Alvares üçün çox yaxşı təklif vermişik”

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Joan Laporta Argentina millisinin və “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin mümkün transferindən danışıb.

İdman.Biz xəbər verir ki, klub rəhbəri Madrid təmsilçisinin futbolçunu satmaq istəməməsinə baxmayaraq, keçidin mümkün olduğuna inandığını bildirib.

“Bir futbolçunun hansısa komandaya keçməyəcəyinin deyildiyi, lakin sonda məhz həmin kluba yollandığı çoxlu hallar olub. Nümunələr çəkmək istəmirəm”, - deyə Laporta vurğulayıb.

“Barselona” prezidenti Alvares üçün rəsmi təklif göndərdiklərini də təsdiqləyib:

“Xulian Alvares üçün çox yaxşı təklif vermişik. Dünya çempionatından sonra bu təklifin nə vaxt qüvvədən düşəcəyini açıqlayacağıq”.

Laporta daha əvvəl Kataloniya klubunun təklifinin müddətsiz olmadığını və böyük ehtimalla iyulun sonunda qüvvədən düşəcəyini söyləyib. “Atletiko Madrid” rəhbərliyi isə Alvaresi satmaq niyyətində olmadığını bəyan edib.

İdman.Biz