Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo sosial şəbəkədə yumoristik paylaşım edib.
İdman.Biz xəbər verir ki, əfsanəvi futbolçu vannada əlində topla çəkilən fotosunu “Instagram” hesabında yayımlayıb.
“Paxıllar bunun süni intellekt olduğunu deyəcəklər. Mən isə deyərdim: meydanda rəqiblərini çimizdirmək üçün heç vaxt vannaya ehtiyacı olmayan adam”, - deyə Ronaldinyo paylaşımına yazıb.

Braziliyalının şərhi portuqal dilindəki söz oyununa əsaslanır. “Dar banho” ifadəsi hərfi mənada “çimizdirmək”, futbol terminologiyasında isə rəqibdən aşkar üstün olmaq və ona əsl futbol dərsi keçmək mənasında işlədilir.
Sosial şəbəkə istifadəçiləri şərhlərdə Ronaldinyonun bu paylaşımının illər əvvəl Messinin Lamin Yamalı körpə olarkən vannada çimizdirməsinə işarə olduğunu yazıblar.

