“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi ötən mövsümü Serbiya klubu “Radnik”də keçirən Axel Urie ilə anlaşıb.
Tərəflər arasında danışıqlar müsbət nəticələnib.
Mərkəzi Afrika Respublikasından olan 27 yaşlı sol cinah oyunçusu yaxın vaxtda “sarı-göylər”lə sözləşmə imzalayacaq.
Axel ötən mövsüm komandasının heyətində bütün turnirlərdə 19 oyunda çıxış edib və bir qol vurub. O, “Kəpəz”ə azad agent statusunda qoşulub.
