“Şəfa” yeni transferini reallaşdırıb

20 İyul 2026 16:11
289
“Şəfa” yeni transferini reallaşdırıb

“Şəfa” futbol klubu yeni transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, müdafiəçi Maudu Lamine Jarjue ilə iki illik müqavilə imzalanıb.

28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl “Səbail”in formasını geyinib.

Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb.

Eyni zamanda Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveçin “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib.

Maudo Lamine Jarjue Qambiya millisinin də üzvü olub və iki matçda meydana çıxıb.

İdman.Biz