“Karvan-Yevlax” iki futbolçu transfer edib - YENİLƏNİB

20 İyul 2026 17:03
417
“Karvan-Yevlax” iki futbolçu transfer edib - YENİLƏNİB

Növbəti mövsüm Azərbaycan Birinci Liqasında mübarizə aparacaq “Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Yevlax təmsilçisi 24 yaşlı qapıçı Əkpər Vəliyevi transfer edib.

Son olaraq MOİK klubunun formasını geyinən futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Əkpər karyerası ərzində “Cəbrayıl” və “Şamaxı” klublarının qapısını qoruyub.

Qeyd edək ki, “Karvan-Yevlax” ötən mövsüm Premyer Liqanı sonuncu pillədə başa vuraraq yenidən Azərbaycan Birinci Liqasına enib.

Xatırladaq ki, “Karvan-Yevlax” daha əvvəl Elçin Mustafayevi də heyətinə qatıb.

15:35

Növbəti mövsüm Azərbaycan Birinci Liqasında mübarizə aparacaq “Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Yevlax təmsilçisi 25 yaşlı müdafiəçi Elçin Mustafayevi transfer edib.

Son olaraq “Mingəçevir” klubunun formasını geyinən futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Karvan-Yevlax” ötən mövsüm Premyer Liqanı sonuncu pillədə başa vuraraq yenidən Azərbaycan Birinci Liqasına enib.

İdman.Biz