İngiltərə futbol millisinin və Almaniya Bundesliqası təmsilçisi “Bavariya”nın hücumçusu Harri Keyn DÇ-2026-da baş məşqçi Tomas Tuxelin fəaliyyətini qiymətləndirib.
İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçu almaniyalı mütəxəssisin milli komanda səviyyəsində ilk böyük turnirini keçirdiyini xatırladıb.
“Bu, onun ilk böyük turniridir. Düşünürəm ki, komanda, turnir müddətindəki proses, səfərlər, oyunlar, tələb olunanlar və təzyiq barədə çox şey öyrəndi”, - deyə Keyn BBC-yə açıqlamasında bildirib.
Tuxel 2025-ci il yanvarın 1-də İngiltərə millisinin baş məşqçisi kimi fəaliyyətə başlayıb. DÇ-2026 onun milli komandanın sükanı arxasında iştirak etdiyi ilk böyük beynəlxalq turnir olub.
İngiltərə üçüncü yer uğrunda matçda Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, DÇ-2026-nın qalibi bu gün - 19 iyulda İspaniya və Argentina milliləri arasında keçiriləcək finalda müəyyənləşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
