PFL mövsümün qırmızı vərəqə “çempionu”nu açıqladı

1 İyul 2026 10:55
235
PFL mövsümün qırmızı vərəqə “çempionu”nu açıqladı

Peşəkar Futbol Liqası 2025-2026-cı illər mövsümündə cərimələr, sarı və qırmızı vərəqələrlə bağlı statistikanı açıqlayıb.

İdman.Biz xəbər verir ki, mövsüm ərzində orta cərimə sayı 12,13 olub. Futbolçulara ümumilikdə 752 sarı, 27 qırmızı vərəqə göstərilib. Qırmızı vərəqələrin 17-si birbaşa olub.

Orta hesabla ən çox qayda pozan komanda “Şamaxı”dır - 16,25. Bu göstəricidə ən aşağı nəticə isə “İmişli”yə məxsusdur - 9,95.

Ən çox qırmızı vərəqə “Neftçi”nin futbolçularına göstərilib - 5. Birbaşa qırmızı vərəqə sayında “Sabah”, “Neftçi”, “Kəpəz” və “Qəbələ” hərəyə 3 vərəqə ilə fərqlənib.
Sarı vərəqələrdə ilk pillədə “Sumqayıt” qərarlaşıb - 79. Ən az sarı vərəqə alan komanda isə “Qəbələ”dir - 47.

Oyunçularına bibaşa qırmızı vərqə göstərilməyən komandalar “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan”, “Karvan”dır.

Futbolçular arasında ən çox qayda pozan oyunçu “Şamaxı”dan Rikardo Apolinario olub - orta hesabla 3,20. Ən çox sarı vərəqə alan futbolçu isə “Araz-Naxçıvan”ın üzvü Patrik Andradedir - 10.

İdman.Biz