“Mançester Yunayted” Vinisius üçün 120 milyon hazırlayır

28 İyun 2026 17:33
81
“Mançester Yunayted” Vinisius üçün 120 milyon hazırlayır

İngiltərənin “Mançester Yunayted” futbol klubu yay transfer pəncərəsində “Real”ın hücumçusu Vinisius Junioru heyətinə qatmaq istəyir.

İdman.Biz “TEAMTalk”a istinadən xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumata görə, İngiltərə klubu braziliyalı futbolçu üçün 120 milyon avro (təxminən 240 milyon manat) təklif etməyə hazırlaşır.

Bildirilir ki, “Mançester Yunayted” hücum xəttinə lider keyfiyyətlərinə malik dünya səviyyəli futbolçu cəlb etmək niyyətindədir. Baş məşqçi Maykl Kerrik hazırkı hücumçuların çıxışından razı qalsa da, komandanın əsas ulduzu ola biləcək oyunçuya ehtiyac duyur. Bu baxımdan onun ən çox bəyəndiyi ad Vinisiusdur.

İngiltərə klubu futbolçunu Premyer Liqa tarixinin ən çox maaş alan oyunçusuna çevirməyə də hazırdır. Lakin “Real” üçün ən böyük təhlükənin PSJ-dən gələ biləcəyi qeyd olunur. Paris klubu Kilian Mbappe ilə bağlı keçmişdə yaşananlara cavab olaraq Vinisiusu heyətinə qatmaq istəyir.

Braziliya millisinin əfsanəsi Ziko da Vinisiusun DÇ-2026-dakı çıxışını yüksək qiymətləndirib. O, futbolçunun fiziki, texniki və emosional baxımdan çox yaxşı hazır olduğunu bildirib.

Qeyd edək ki, Vinisius DÇ-2026-da Braziliya millisinin heyətində üç oyuna dörd qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz