Braziliya futbol millisinin hücumçusu Neymarın DÇ-2026 üçün yekun heyətə daxil edilməsi ölkədə maraqlı hadisə ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb. Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti mundial üçün heyəti açıqladıqdan sonra ölkədə beş yeni doğulan körpə Neymar adı ilə qeydiyyata alınıb.
Bildirilib ki, adın populyarlığında artım Braziliya millisinin ABŞ, Kanada və Meksikada keçirilən mundial üçün heyət siyahısının elanından dərhal sonra qeydə alınıb. Hazırda “Santos”da çıxış edən Neymar Braziliyada ən sevilən futbolçulardan biri olaraq qalır.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Braziliya millisi 1/16 finalda Yaponiya ilə qarşılaşacaq.
