“Qarabağ”dan ayrılan Kevin Medina millimizin üzvü ilə komanda yoldaşı oldu

28 İyun 2026 17:48
99
“Qarabağ”dan ayrılan Kevin Medina millimizin üzvü ilə komanda yoldaşı oldu

Kolumbiyalı futbolçu Kevin Medina “Qarabağ”dan ayrıldıqdan sonra karyerasını Malayziyada davam etdirəcək.

İdman.Biz xəbər verir ki, 33 yaşlı müdafiəçi “Yohor Darul Tazim”lə anlaşıb. Məlumata görə, tərəflər arasında 2+1 illik müqavilə imzalanıb.

Medina Ağdam təmsilçisini azad agent kimi tərk edib. Onun “Qarabağ”la müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub. O, “Qarabağ”ın heyətində 204 oyunun iştirakçısı olmaqla 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Yohor Darul Tazim”də Azərbaycan millisinin üzvü Eddi İsrafilov və “Sabah”ın sabiq müdafiəçisi Con İrazabal da çıxış edir.

İdman.Biz