İspaniyanın “Elçe” klubunun futbolçusu Rafa Mir zorlama ittihamı üzrə məhkəmə tərəfindən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İdman.Biz xəbər verir ki, futbolçu gənc qadınlarla şəxsi məclisdə tanış olub. Rafa Mir hadisənin qarşılıqlı razılıq əsasında baş verdiyini iddia etsə də, məhkəmə zərərçəkən tərəfin ifadələrini əsaslı hesab edib və onun əleyhinə qərar çıxarıb.
Qeyd olunur ki, bu iş İspaniya futbolunda böyük rezonans doğurub və futbolçunun karyerası üçün ciddi nəticələrə səbəb ola bilər.
