“Sabah” “Şeffild Yunayted”in oyunçusunu heyətinə qatdı

1 Avqust 2026 22:30
84
“Sabah” “Şeffild Yunayted”in oyunçusunu heyətinə qatdı

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz bu barədə kluba istinadən bildirir.

Nigeriyalı vinger Kristian Nvaçukvu bundan sonra komandanın uğurları üçün çalışacaq.

20 yaşlı futbolçu İngiltərənin "Şeffild Yunayted" klubundan transfer edilib.

Nvaçukvu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

İdman.Biz