“Arsenal” 70 milyon avroluq istedadın transferinə yüklənir

14 İyun 2026 16:45
92
“Arsenal” 70 milyon avroluq istedadın transferinə yüklənir

İngiltərənin “Arsenal” futbol klubu Fransanın “Lill” komandasının yarımmüdafiəçisi Ayub Buaddini heyətinə qatmaq istəyir.

İdman.Biz jurnalist Saşa Tavolyeriyə istinadən xəbər verir ki, London təmsilçisi 18 yaşlı futbolçunun transferi üzərində bir neçə aydır işləyir.

“Lill” gənc yarımmüdafiəçini təxminən 70 milyon avroya (138 milyon AZN) qiymətləndirir.

Mənbənin məlumatına görə, “Arsenal” rəhbərliyi Fransa klubunun prezidenti Olivye Letanqla müsbət münasibətlərin danışıqlar zamanı faydalı olacağına inanır.

Buaddi Avropa futbolunun ən perspektivli gənc yarımmüdafiəçilərindən biri hesab olunur. Futbolçunun transferi ilə PSJ-nin də maraqlandığı bildirilir.

İdman.Biz
Məqalədə: